
Onlayn sənəd qəbulu dekabrın 18-dək həyata keçiriləcək. İmtahanlarda iştirak etmək istəyən şəxslər müvafiq sənədləri [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Bakı şəhəri üzrə eksternat qaydasında aralıq imtahanları 2020-ci il dekabrın 28-dən 2021-ci il yanvarın 16-dək paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.
Xatırladaq ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verməklə müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanan şəxslərin ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ olacaq.
Tehsil-press.az