Eksternat imtahanları keçirilib

Eksternat imtahanları keçirilib Bakı şəhəri üzrə eksternat imtahanlarına start verilib.
İmtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX sinif) bitirə bilməyən şəxslər iştirak edib.
Paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunan imtahana 116 nəfər qatılıb. Eksternlər hərəsində 10 sual olmaqla 6 fənn (Azərbaycan dili, ədəbiyyat, kimya, fizika, riyaziyyat və xarici dil) üzrə imtahan veriblər. Eksternat imtahanları dekabrın 26-da digər fənnlər (Azərbaycan tarixi, ümumi tarix, informatika, biologiya, coğrafiya, həyat bilgisi və Azərbaycan dili (rus bölməsi üçün)) üzrə davam edəcək.
Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.
Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Tehsil-press.az

Oxşar xəbərlər