
COVID-19 pandemiyası ilə əlaqədar onlayn keçirilən konfransın açılış mərasimində türkiyəli professorlar Əhməd Aytac, Osman Kunduracı, Osman Səlcuq Aydəmir və digər ölkələrdən alimlər məruzələrlə çıxış ediblər.
Konfransda Ədəbiyyat Muzeyinin əməkdaşlarının türk və ingilis dillərində “Azərbaycan milli mətbuatının və Nizami muzeyinin təqdimatı”, “Azərbaycan torpaqlarının istilası tarixi milli ədəbiyyatda”, “Nizami muzeyinin ekspozisiyasnda Şirvanşahlar dövrü mədəniyyətinin əksi”, “Abbasqulu Ağa Bakıxanovun “Riyazü-l-qüds” əsəri klassik məqtəl nümunəsi kimi”, “Qacarlar dövrü ədəbiyyatında İran-Rusiya savaşının inikası” mövzularında məruzələri dinlənilib.
Muzey əməkdaşlarının Azərbaycan ədəbiyyatı, publisistikası, muzeyşünaslıq, eləcə də dünya ədəbiyyatı mövzularına həsr olunmuş çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
İştirakçılar XIV beynəlxalq simpozium çərçivəsində, həmçinin türk təsəvvüf tarixi və incəsənətini nümayiş etdirən virtual sərgi ilə tanış olublar.
Tehsil-press.az