Dendrologiya İnstitutunda görkəmli rus şairi Sergey Yeseninin 123 illik yubileyi qeyd edilib

Dendrologiya İnstitutunda görkəmli rus şairi Sergey Yeseninin 123 illik yubileyi qeyd edilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunda görkəmli rus şairi Sergey Yeseninin anadan olmasının 123-cü ildönümünə həsr edilən ədəbi-musiqili tədbir keçirilib.
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Rusiyanın ölkəmizdəki səfirliyinin nümayəndələri, Sergey Yesenin adına Azərbaycan-Rus Ədəbi Əlaqələri Mərkəzinin əməkdaşları və orta məktəb şagirdləri iştirak ediblər.
Mərasimdə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı Nəzakət İbadova S.Yeseninin zəngin yaradıcılığından, onun Bakı həyatı ilə bağlı tarixi faktlardan söhbət açıb.
Daha sonra şairin əsərlərindən nümunələr təqdim edilib, onun sözlərinə bəstələnən mahnılar ifa olunub.

Tehsil-press.az

Oxşar xəbərlər