Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli qazax şairi Abay Kunanbayevin 175 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.
Tədbiri AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Abay Kunanbayevi XIX əsr qazax modern ədəbiyyatının qurucusu və ilk realist şairi kimi dəyərləndirib, onun 175 illiyinin türk dünyasında geniş qeyd edildiyini söyləyib. Akademik İ.Həbibbəyli Şərqşünaslıq İnstitutunun keçirdiyi elmi sessiyadakı məruzələrin Azərbaycan abayşünaslığını zənginləşdirəcəyinə əminliyini ifadə edib.
Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, Abay Kunanbayev XIX əsr qazax yazılı ədəbiyyatında şeirə mövzu, forma, dil, üslub, vəzn yenilikləri gətirmiş qüdrətli söz ustadıdır. O, 2020-ci ilin TÜRKSOY tərəfindən “Abay ili” elan edildiyini xatırladıb, Şərqşünaslıq İnstitutunda Abay yaradıcılığı ilə bağlı tədqiqatlar aparıldığını diqqətə çatdırıb.
Tədbirdə professor Elman Quliyev “Abay Kunanbayevin lirikası” mövzusunda məruzə edib, şairin lirik yaradıcılığı barədə məlumat verib. O, Abay Kunanbayev poeziyasının rəngarəng mövzu dairəsi olduğunu, onun əxlaqi-didaktik şeirlərində təhsil, elm və tərbiyə məsələlərinin əks olunduğunu, həmçinin mənəvi-əxlaqi meyarların müəyyənləşdirildiyini qeyd edib. Bildirib ki, Abay Kunanbayev klassik poeziya və xalq şeiri ənənələrindən bəhrələnərək onlara yaradıcı yanaşıb, gözəl poetik nümunələr ərsəyə gətirib, qazax ədəbiyyatında yeni şeir ənənəsinin əsasını qoyub.
Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, dosent Təranə Həşimova “Müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev və dünya ədəbiyyatı” mövzusunda məruzə edib. Bildirib ki, Abay Kunanbayev qazax folklorundan, poeziyasından, eyni zamanda, klassik Şərq poeziyasından bəhrələnərək qazax ədəbiyyatına yeniliklər gətirib. Onun dünyagörüşünün formalaşmasında Şərqin alim və şairləri qədər Qərb mütəfəkkirlərinin də rolu olub.
Sessiyanın sonunda məruzələr ətrafında müzakirələr aparılıb.
Tehsil-press.az