Beynəlxalq Türk Akademiyası Aida Eyvazlının tərcümə etdiyi “Qara söz” kitabını çap edib

Beynəlxalq Türk Akademiyası Aida Eyvazlının tərcümə etdiyi “Qara söz” kitabını çap edib Beynəlxalq Türk Akademiyası böyük qazax mütəfəkkiri və şairi Abay Kunanbayevin 175 illiyi münasibətilə jurnalist-araşdırmaçı və tərcüməçi-publisist Aida Eyvazlının tərcümə etdiyi “Qara söz” kitabını çap edib.
Bu barədə Tehsil-press.az-a Aida Eyvazlı məlumat verib. O deyib: “Mənə göstərdiyi etimada görə Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdıraliyə çox minnətdaram. Tərcümə etdiyim kitabın redaktoru Əkbər Qoşalı, ikinci redaktoru və korrektoru isə İlhamə Dağlıdır.
Bu kitabla eyni vaxtda Abayın özbək dilinə tərcümə olunan “Qara söz”ü də işıq üzü görüb. Əsəri İbadulla Mirzəyev və Kazakbay Yuldaş tərcümə ediblər.
Türk dünyasının ədəbi irsi tükənməzdir. Xatırladaq ki, Beynəlxalq Türk Akademiyasının elan etdiyi “Abay ili”nin açılışı ilk dəfə Azərbaycanda, Bakı Dövlət Universitetində qeyd olunub”.

Tehsil-press.az

Oxşar xəbərlər