Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) görkəmli şair və dramaturq Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunan tədbir keçirilib.
“Şərqin Şekspiri” adlı tədbir bu ali təhsil ocağının Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə təşkil edilib.
Tədbirdə universitetin rektoru İlham Mədətov diqqətə çatdırıb ki, milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan Hüseyn Cavid mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələnin əsasını qoyub.
“Hədəf” nəşrlərinin direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq vurğulayıb ki, H.Cavidin silsilə şeirləri, dramları, ədəbi, elmi, ictimai baxışlarını əks etdirən məqalələri, məktubları dahi sənətkarın zəngin irsindən xəbər verir. H.Cavid dramaturq olmazdan əvvəl həm də romantik şair, sevgi və gözəllik aşiqi kimi tanınıb. Unudulmaz dramaturqun yaradıcılığını daim yüksək dəyərləndirən ümummilli lider Heydər Əliyev deyib: “Hüseyn Cavidi Şərqin Şekspiri adlandırırlar. Ancaq onu bəlkə də Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikirlərinə görə, ola bilsin, Cavid Şekspirdən də yüksək səviyyəyə qalxmış adamdır. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaqdır, onun yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir”.
Sonda H.Cavidin əsərlərindən nümunələr səsləndirilib.
ATMU-nun Mətbuat xidməti