Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Tələbələrin 69-cu elmi-texniki konfransı” keçirilir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Tələbələrin 69-cu elmi-texniki konfransı” keçirilir Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 100 illiyinə həsr olunmuş “Tələbələrin 69-cu elmi-texniki konfransı” onlayn formatda öz işinə başlayıb.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı tədbirin əhəmiyyətindən danışaraq builki konfransın əvvəlkilərdən fərqli olaraq yeni bir platformada keçirildiyini vurğulayıb. Universitetdə tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmasına xüsusi diqqət yetirildiyini qeyd edən rektor konfransda builki qiymətləndirmənin də fərqli formatda olacağını deyib və tələbələrə uğurlar arzulayıb.
Sonra konfransda iştirak edən tələbə və magistrların təklifləri və sualları dinlənilib. Tələbələrin istehsalatda iştirakına və müəssisələrlə əlaqələrinin qurulmasına dəstək göstərilməsi məqsədilə şirkət nümayəndələrinin də konfransın panel iclaslarına qoşulması qərara alınıb.
Konfransın bölmələr üzrə keçiriləcək panel iclaslarının tarixini açıqlayan ADNSU Tələbə Elmi Cəmiyyətləri Şurasının sədri Elviz İsmayılov deyib ki, bu il 9 bölmə üzrə 338 tezis qəbul olunub. Texniki və plagiat yoxlamadan sonra konfransa 166 tezis qəbul edilib. Həmçinin bu ildən etibarən konfransın bəzi bölmələrində partnyor müəssisələrin nümayəndələrinin də iştirak edəcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, “Tələbələrin 69-cu elmi-texniki konfransı”nın bağlanış mərasimi dekabrın 18-də olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər