Vyetnamlı məzunlar yenidən doğma təhsil ocağında

Vyetnamlı məzunlar yenidən doğma təhsil ocağında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr edilən tələbələrin 67-ci elmi-texniki konfransı çərçivəsində ölkəmizdə olan Vyetnamın “Vietsovpetro” şirkətinin neft-qaz üzrə direktoru Le Viyet Zunq və şirkətin texniki istehsalat şöbəsinin rəisi Le Danq Tam ilə görüşüb.
Görüşdə M.Babanlı keçmiş Azİİ-nin (indiki ADNSU) məzunları olan qonaqlara universitetin fəaliyyəti barədə məlumat verib və yeni layihələrdən danışıb. Vyetnamla tələbə mübadiləsi sahəsində yeniliklərin olduğunu qeyd edən rektor hazırda universitetdə iki nəfər vyetnamlı gəncin təhsil aldığını söyləyib.
Uzun illərdən sonra yenidən doğma təhsil ocağında olmaqdan qürur hissi keçirdiklərini deyən qonaqlar universitetdə aparılan islahatları və müasir təhsil standartlarını bəyəndiklərini vurğulayıblar.
Hazırda vyetnamlı gənclərin ADNSU-ya maraq göstərdiklərini bildirən qonaqlar onların universitetə cəlb olunmasına kömək edəcəklərini deyiblər.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər