Azərbaycan Dillər Universiteti: Qış imtahan sessiyası müddətində güzəştlər tətbiq ediləcək

Azərbaycan Dillər Universiteti: Qış imtahan sessiyası müddətində güzəştlər tətbiq ediləcək Azərbaycan Dillər Universitetində (ADU) 2020-2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası müddətində maksimum güzəştlər tətbiq olunacaq.
Cəbhə bölgəsində yaşayan tələbələr, habelə digər bölgələrdə bir sıra internet problemləri olan tələbələr üçün maksimum güzəştlərin tətbiq edilməsi nəzərdə tutulur. Dərs müddətində tələbənin imtahanqabağı topladığı bal 34-ə çatmırsa, o halda balın 34-ə çatdırılmasında universitet rəhbərliyi güzəşt tətbiq etməyi planlaşdırır. Ölkə ərazisindəki mövcud vəziyyət nəzərə alınaraq, 50 faiz qayıb limitini keçən tələbələr də imtahana buraxılacaq.
Bundan əlavə, imtahan prosesində bütün tələbələrin minimum 17 balla təmin olunması üçün universitet rəhbərliyi tərəfdən maksimum güzəştlər tətbiq ediləcək. Keçən yaz semestrində və yay məktəbində olduğu kimi, kəsirsiz imtahan sessiyası, yaranmış hər hansı neqativ hala qarşı tələbəyə fərdi yanaşma, problemin işçi qaydada həlli nəzərdə tutulub.

Tehsil-press.az

Oxşar xəbərlər