ADNSU-da qış semestrinin imtahan sessiyasının şəffaf keçirilməsi üçün lazımi tədbirlər görülüb

ADNSU-da qış semestrinin imtahan sessiyasının şəffaf keçirilməsi üçün lazımi tədbirlər görülüb Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir.
İmtahanlarda 10 min 297 bakalavr və 1192 magistrant iştirak edəcək. Bu günədək imtahanlarda 6 min 261 tələbə iştirak edib.
Universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün lazımi tədbirlər görülüb. Həmçinin yaradılan İmtahan Müşahidə Mərkəzi tərəfindən şəffaflığın təmin edilməsi məqsədilə imtahan prosesinə nəzarət olunur.
Qeyd edək ki, imtahanlar iki növbədə və üç formada (yazılı, yazılı-şifahi və test) keçirilir. İmtahan cavabları kodlaşdırılır və yoxlandıqdan sonra nəticələr 24 saat müddətində elektron universitetdə (Unibook) yerləşdirilir. ADNSU-da payız semestrinin imtahan sessiyası qiyabi şöbədə 2018-ci il dekabrın 20-dən, əyani şöbədə isə bu il yanvarın 3-dən başlanıb.

ADNSU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər