ƏCNƏBİ TƏLƏBƏLƏRİN PAYIZ SEMESTRİNİN İMTAHAN SESSİYASI

ƏCNƏBİ TƏLƏBƏLƏRİN PAYIZ SEMESTRİNİN İMTAHAN SESSİYASI Ali məktəbin təhsil sistemindəki prestiji onun beynəlxalq əlaqələri, orada təhsil alan əcnəbi tələbərin sayı və onları təhsilə cəlb etmək imkanları ilə ölçülür.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində əcnəbilərin sayının artırılması istiqamətində görülən işlər Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanan fəaliyyət planına uyğun olaraq aparılır. Hal-hazırda Universitetdə 51 nəfər əcnəbi tələbə təhsil alır. Bunlar əsasən Türkiyə və İran vətəndaşlarıdır. Eyni zamanda Universitetdə ABŞ, Tacikistan, Hindistan, Pakistan, Gürcüstan vətəndaşları da təhsil alır. ADMİU-da təhsil alan əcnəbi tələbələrə “Azərbaycan dili” fənni ilə yanaşı ixtisas fənləri də tədris olunur. Bu günlərdə universitetdə hazırlıq üzrə təhsil alan əcnəbi tələbələr üçün payız semestrinin imtahan sessiyası keçirilib. Sessiya müddətində tələbələr müvafiq olaraq “Azərbaycan dili”, “Nitqin inkişafı və ixtisas leksikası”, “Estrada sənəti”, “Qrafika”, “Dizayn” və “Rejissor sənəti” ixtisaslarından iki imtahan və yeddi məqbul imtahannı uğurla veriblər.
Əsasən xüsusi qabiliyyət tələb edən ixtisas fənlərinin professional səviyyədə tədris olunması gələcək illərdə də tələbələrin uğurlu təhsilində özünü göstərir. Təməl təhsil öz bəhrəsini verir.

ADMİU-nun Mətbuat Xidməti


ƏCNƏBİ TƏLƏBƏLƏRİN PAYIZ SEMESTRİNİN İMTAHAN SESSİYASIƏCNƏBİ TƏLƏBƏLƏRİN PAYIZ SEMESTRİNİN İMTAHAN SESSİYASIƏCNƏBİ TƏLƏBƏLƏRİN PAYIZ SEMESTRİNİN İMTAHAN SESSİYASIƏCNƏBİ TƏLƏBƏLƏRİN PAYIZ SEMESTRİNİN İMTAHAN SESSİYASIƏCNƏBİ TƏLƏBƏLƏRİN PAYIZ SEMESTRİNİN İMTAHAN SESSİYASIƏCNƏBİ TƏLƏBƏLƏRİN PAYIZ SEMESTRİNİN İMTAHAN SESSİYASIƏCNƏBİ TƏLƏBƏLƏRİN PAYIZ SEMESTRİNİN İMTAHAN SESSİYASIƏCNƏBİ TƏLƏBƏLƏRİN PAYIZ SEMESTRİNİN İMTAHAN SESSİYASIƏCNƏBİ TƏLƏBƏLƏRİN PAYIZ SEMESTRİNİN İMTAHAN SESSİYASI

Oxşar xəbərlər