Qazaxıstan Respublikası Abay Universitetinin Nemat Kelimbetov adına Türkoloji Mərkəzinin təşkilatçılığı ilə “Əski türkcə və ədəbiyyat araşdırmaları məsələləri” adlı beynəlxalq onlayn elmi-praktik konfrans keçirilib. Konfransda Azərbaycan, Qırğızıstan, Türkiyə, Tatarıstan (Rusiya), Özbəkistan və Qazaxıstan universitetlərindən olan tədqiqatçıların məruzələri dinlənilib. AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimov konfransda “Qədim türk yazı dilləri” mövzusunda məruzə ilə çıxış edib.
E.İbrahimov məruzəsində Azərbaycanda hər zaman əski türkcə araşdırmaların aparıldığını qeyd edib. O, XX əsrin əvvəllərində Salman Mümtaz, Xalid Səid Xocayev kimi tədqiqatçılarla başlanan araşdırmaların bu gün də aktuallığını saxladığını diqqətə çatdırıb.
Tehsil-press.az