Amerikalı milyarderin oğlu yol qəzasında yanaraq öldü - Video

Amerikalı milyarderin oğlu yol qəzasında yanaraq öldü - Video Böyük investisiya şirkəti – “Bridgewater Associates”in təsisçisi, milyarder Rey Dalionun oğlu Devon Dalio ABŞ-da yol qəzası nəticəsində dünyasını dəyişib.
Bu barədə “Associated Press” xəbər verib.
Qeyd olunur ki, qəza Qrinviçdə baş verib. Avtomobil səkiyə çıxıb, daha sonra mağazaya çırpılıb və yanıb. İlkin məlumatlara görə, avtomobilin yanacaq çəni qəza zamanı partlayıb. Devon Dalio yanaraq vəfat edib. Faktla bağlı araşdırma aparılır. Devon Dalio ailəli idi, bir qız övladı yadigar qalıb.



Tehsil-press.az

Oxşar xəbərlər