Meksikada avtosistern partlayıb, 10-dan çox ölən var

Meksikada avtosistern partlayıb, 10-dan çox ölən var Meksikanın qərbindəki Nayarit ştatında yanacaq daşıyan avtomobilin (avtosistern) partlaması nəticəsində azı 12 nəfər həlak olub, 1 nəfər xəsarət alıb.
Həmçinin yaxınlıqdakı 3 avtomobil tamamilə sıradan çıxıb.
Araşdırma zamanı əldə edilən ilkin məlumatlara görə, nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirib, bundan sonra maşın aşıb və partlayıb. Tepik şəhəri ilə Xalisko ştatının paytaxtı Qvadalaxara arasındakı marşrut boyunca hərəkət müvəqqəti olaraq hər iki istiqamətdə bağlanıb.
Avtosisterndə məhz hansı yanacağın olması barədə məlumat hələ açıqlanmayıb.

Tehsil-press.az

Oxşar xəbərlər