Azərbaycan İlahiyyat İnstitutu Sivas Cümhuriyyət Universiteti ilə əməkdaşlığa başlayıb

Azərbaycan İlahiyyat İnstitutu Sivas Cümhuriyyət Universiteti ilə əməkdaşlığa başlayıb Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Türkiyənin Sivas Cümhuriyyət Universiteti arasında “Erasmus+” mübadilə proqramı çərçivəsində əməkdaşlıq protokolu imzalanıb.
Protokolda hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, birgə layihələrin reallaşdırılması, müəllim və tələbə heyətinin mübadiləsi, akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur. Proqram çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunun ən yüksək göstəricilərə malik olan tələbələri Sivas Cümhuriyyət Universitetində iki semestr ərzində təhsil ala biləcəklər. Həmin tələbələr əlavə olaraq təhsil müddəti ərzində təqaüdlə təmin ediləcəklər.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu ötən dövr ərzində müxtəlif ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri yaradıb.

Tehsil-press.az

Oxşar xəbərlər