Beyrut partlayışını çəkən fotoqraf öldürüldü

Beyrut partlayışını çəkən fotoqraf öldürüldü 4 avqustda Beyrut limanındakı partlayış yerində çəkiliş aparan fotoqraf Cozef Bacani dekabrın 21-i naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb.
Bu barədə Livanın “Əl-Cədid” telekanalı məlumat yayıb. Bildirilib ki, xüsusi xidmət orqanları mərhumun telefonunu izləyərək qətldən bir neçə gün sonra yerini müəyyənləşdirməyə müvəffəq olub. Daha sonra isə həmin ərazidəki müşahidə kameralarının lentə aldığı videomaterial toplanılıb. İlkin məlumata görə, qətldə iki şəxs iştirak edib. Onlar fotoqrafın avtomobilinə mindiyi anda yaxınlaşaraq atəş açmağa başlayıblar.
Bacaninin yaşadığı Kimatiya qəsəbəsinin bələdiyyəsi ölkənin təhlükəsizlik xidmətlərini dərhal axtarış tədbirləri aparmağa və fotoqrafın qətlində iştirak edənləri aşkarlamağa çağırıb.
Yerli mətbuatın verdiyi məlumata görə, Bacani telekomunikasiya şirkətlərindən birində fotoqraf işləyib və həmçinin bəzi məlumatlara görə, ölkənin təhlükəsizlik xidmətlərindən birində akkreditə olunmuş fotoqraf olub.
“Əl-Hürra” telekanalının xəbərinə görə, Bacani bu yaxınlarda Beyrut limanındakı partlayışın baş verdiyi ərazidə çəkiliş aparıb.
Sui-qəsd Livan ictimaiyyətində geniş rezonansa səbəb olub.

Tehsil-press.az

Oxşar xəbərlər