Beyrut limanında 4 tondan çox təhlükəli maddə tapıldı

Beyrut limanında 4 tondan çox təhlükəli maddə tapıldı Livanın paytaxtı Beyrutda limanda içərisində 4 tondan çox ammonium nitrat olan konteyner aşkarlanıb.
Ötən ay 2 750 ton ammonium nitratın məhv edildiyi limanda axtarışlar davam etdirilir. Tapılan növbəti konteynerdə 4 ton 350 kiloqram kimyəvi maddəyə rast gəlinib.
Xatırladaq ki, Beyrutda avqustun 4-də baş vermiş partlayış nəticəsində şəhərin böyük hissəsi dağılmış, 160-dan çox insan ölmüş, 5 mindən çox insan isə yaralanmışdı.
Faciəyə 2 750 ton ammonium nitratın düzgün saxlanılmaması nəticəsində baş verdiyi açıqlanmışdı.

Tehsil-press.az

Oxşar xəbərlər