BDU-da imtahan sessiyası uğurla davam edir

BDU-da imtahan sessiyası uğurla davam edir Bakı Dövlət Universitetində (BDU) bakalavriat və magistratura səviyyələrində 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla davam edir.
Yanvarın 19-da bakalavr təhsil pilləsi üzrə əyani və qiyabi təhsil formasında, eləcə də əlavə təhsil üzrə təhsil alan 285 qrup üzrə 5135 tələbə (251 nəfəri "SABAH" qrupları tələbəsi olmaqla) imtahan verib. BDU-nun Qazax filialında isə 23 qrup üzrə 394 tələbə imtahanlarda iştirak edib. Magistratura səviyyəsində isə 264 ixtisaslaşma üzrə 167 fənn üzrə 830 magistrant imtahanları uğurla keçib.
Qeyd edək ki, BDU-da imtahan sessiyasının mövcud qaydalara uyğun, eyni zamanda, obyektiv və şəffaf keçirilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib. Tələbələrin imtahanla bağlı şikayətini dinləmək və operativliyi təmin etmək üçün “Qaynar xətt” və Apellyasiya komissiyası da fəaliyyətini davam etdirir.

Tehsil-press.az

Oxşar xəbərlər