Bakı Dövlət Universitetində bakalavriat pilləsində təhsil alan 439 tələbə imtahanlarda iştirak edib

Bakı Dövlət Universitetində bakalavriat pilləsində təhsil alan 439 tələbə imtahanlarda iştirak edib Bakı Dövlət Universitetində (BDU) yaz semestrinin onlayn imtahan sessiyasının sonuncu həftəsi başlayıb.
İyulun 6-da bakalavriat pilləsində təhsil alan 191 qrup üzrə 439 (169 nəfəri "SABAH" qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 21 ixtisaslaşmada 15 fənn üzrə 81 magistrant imtahan verib. BDU-nun Qazax filialında isə 560 tələbə imtahan verib.
Xarici ölkə vətəndaşları üçün hazırlıq şöbəsi və dil kursu üzrə imtahanlar yekunlaşıb, imtahanlarda 71 əcnəbi tələbə iştirak edib.
İmtahanların gedişi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib. Tələbələrin hamısı imtahanları müvəffəqiyyətlə verib. İmtahanların şəffaf və mövcud qaydalara uyğun təşkil olunması məqsədilə bütün texniki tədbirlər yüksək səviyyədə həyata keçirilib.
BDU-da imtahan sessiyası iyulun 10-da yekunlaşacaq.

Tehsil-press.az

Oxşar xəbərlər