Bakı Dövlət Universitetində onlayn imtahan sessiyası başa çatıb

Bakı Dövlət Universitetində onlayn imtahan sessiyası başa çatıb Bakı Dövlət Universitetində (BDU) yaz semestrinin onlayn imtahan sessiyası uğurla başa çatıb.
İyulun 10-da bakalavriat pilləsində 180 qrup üzrə 4011 (262 nəfəri “SABAH” qrupundan olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura səviyyəsində 37 ixtisaslaşmada 29 fənn üzrə 122 nəfər imtahan verib. BDU-nun Qazax filialında isə 30 qrup üzrə 483 tələbə imtahanlarda iştirak edib.
Tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin tam şəkildə təmin edilməsi məqsədilə bütün imtahan prosesi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib. Lazımi texniki tədbirlər yüksək səviyyədə həyata keçirilib, tələbələrin hamısı imtahanları müvəffəqiyyətlə verib.

Tehsil-press.az

Oxşar xəbərlər