ADU-nun şəhid tələbəsi haqqında kitab çap olunub

ADU-nun şəhid tələbəsi haqqında kitab çap olunub Azərbaycan Dillər Universitetinin (ADU) Vətən müharibəsində şəhid olmuş tələbəsi haqqında kitab nəşr olunub.
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin almanşünaslıq üzrə tələbəsi Elvin Bayramovun xatirəsinə həsr olunan kitab “Qısa ömrün əbədi dastanı” adlanır.
Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyevanın təşəbbüsü ilə işıq üzü görən kitab şəhid Elvin Bayramovun müəllimlərinin, tələbələrin, onun ailə üzvləri və dostlarının yazılarından ibarətdir. Nəşr onlayn təşkil edilən dəyirmi masada təqdim olunub.
Kitabda Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı İbrahim Kazımbəyli, Regionşünaslıq kafedrasının müəllimləri - Sevdagül Əliyeva, Səbinə Muradova, Aygün Soltanzadə, Beynəlxalq münasibətlər kafedrasının müəllimləri - Samirə İmanova, Əli Mustafayev, Fəlsəfə və ictimai elmlər kafedrasının müəllimləri Şəfəq Abdullayeva, Leyla Hacıyeva, Xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi Nigar Rəcəbova, fakültənin tyutoru Mehriban Qurbanova və başqalarının yazıları yer alıb.

Tehsil-press.az




Oxşar xəbərlər