
Günay Ağamalıyeva ingilis dilində “Azərbaycanın ali təhsil müəssisələrində tələbələrin buraxılış işlərinin praktiki əhəmiyyətinin artırılması” mövzusunda təqdimatla çıxış edib. O, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində tələbələrin buraxılış işlərinin keyfiyyətinin və praktiki əhəmiyyətinin yüksəldilməsi ilə bağlı təkliflər irəli sürüb. Eyni zamanda, tədqiqat metodları, statistik analiz, indeks-şkala, akademik yazı qaydaları, tədqiqatın məzmun keyfiyyəti, elmi işin praktiki faydaları ilə bağlı geniş məlumat verib.
Qeyd edək ki, onlayn konfrans UNESCO-nun Beynəlxalq Kadrlar Akademiyası, İsveçin Gothenburg Universiteti, Türkiyənin Qafqaz Universiteti və Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulluğunun rəhbərliyi ilə reallaşıb.
Tehsil-press.az