Bakı Dövlət Universitetinin müəllimi beynəlxalq konfransda məruzələrin qiymətlədirilməsində iştirak edib

Bakı Dövlət Universitetinin müəllimi beynəlxalq konfransda məruzələrin qiymətlədirilməsində iştirak edib Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin İran filologiyası kafedrasının urdu dili müəllimi Eldost İbrahimov beynəlxalq onlayn konfransda iştirak edib. Konfrans Hindistan, Pakistan, Türkiyə, Banqladeş, Səudiyyə Ərəbistanı, Misir, Danimarka və İsveçdən olan alim və tədqiqatçıların iştirakı ilə reallaşıb.
“Pandemiya dövründə urdu dili və ədəbiyyatının aktual problemləri" mövzusuna həsr olunan konfrans Dünya Urdu Assosiasiyası və Hindistanın Cəvahirləl Nehru Universitetinin Urdu dili fakültəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Konfransa münsiflər heyətinin üzvü kimi qatılan E.İbrahimov məruzələrin seçilməsi, dinlənilməsi və qiymətləndirilməsində iştirak edib.

Tehsil-press.az

Oxşar xəbərlər