Peşə təhsil mərkəzi kadrların hazırlanması istiqamətində əməkdaşlığı genişləndirir

Peşə təhsil mərkəzi kadrların hazırlanması istiqamətində əməkdaşlığı genişləndirir Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC arasında anlaşma memorandumu imzalanıb.
Əməkdaşlığın əsas məqsədi təhsilalanların ixtisaslı kadrlara çevrilməsinə dəstək verməkdən ibarətdir. Ölkədə müasir tələblərə cavab verən yeni nəsil işçi qüvvəsinin hazırlanması istiqamətində birgə fəaliyyət göstərəcək hər iki təşkilat kifayət qədər geniş elmi-texniki laboratoriyalara, istehsalat bazasına və təcrübəli ixtisaslı kadrlara malikdir. Əldə razılığa əsasən inşaat, sənayedə quraşdırma və elektrotexnika istiqamətləri üzrə birgə fəaliyyətlər nəzərdə tutulur. Memorandum çərçivəsində razılaşdırılmış 3 istiqamət üzrə peşəkar kadrların yetişdirilməsi məqsədilə birgə tədris proqramlarının hazırlanması da planlaşdırılır.
Əməkdaşlığa əsasən razılaşdırılmış istiqamətlər üzrə təhsilalanların istehsalat təcrübə proqramlarında iştirak etməsi, habelə təcrübə proqramlarındakı iştirakı, müsbət dəyərləndirilən şəxslərin işlə təmin olunması nəzərdə tutulur.

Tehsil-press.az


Oxşar xəbərlər