İlahiyyat İnstitutunda Beynəlxalq Ərəb Dili Gününə həsr edilmiş elmi konfrans keçiriləcək
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Dillər və ictimai fənlər kafedrasının təşkilatçılığı ilə Beynəlxalq Ərəb Dili Gününə həsr edilmiş “Ərəb dili elmin, dinin və mədəniyyətin dilidir” mövzusunda onlayn elmi konfrans keçiriləcək.
Konfrans “ZOOM” proqramı vasitəsilə dekabrın 18-i saat 11:00-da təşkil olunacaq. Konfransın işçi dili ərəb dilidir, iştirak sərbəstdir. Arzu edənlər institutun “Facebook” səhifəsindəki linkə qoşulmaqla konfransda dinləyici kimi iştirak edə bilərlər.
Tehsil-press.az
- Baxış: 4362
Xəbərin tarixi: 16.12.2020 / 08:35
-
Oxşar xəbərlər