Azərbaycan Texniki Universiteti müəllimlərinin həmmüəllifliyi ilə modul dərs vəsaitləri çap olunub

Azərbaycan Texniki Universiteti müəllimlərinin həmmüəllifliyi ilə modul dərs vəsaitləri çap olunub Azərbaycan Texniki Universitetinin müəllimləri - dosent Rəhim Rəhimov və assistent Qadir Qafarovun həmmüəllifliyi ilə “Tibbi avadanlıqlara texniki xidmət” , “Tibbi avadanlıqların diaqnostikası”, “Tibbi avadanlıqların təmiri” adlı modul dərs vəsaitləri nəşr olunub.
Dərs vəsaitləri Təhsil Nazirliyi ilə Təhsil İnstitutunun sifarişi və Avropa İttifaqının dəstəyi ilə hazırlanıb. Nəşrlərdə tibbi cihazların ayrı-ayrı hissələri rəngli şəkillərlə təqdim olunub, onların təmiri üçün istifadə olunan ölçü və diaqnostika vasitələri haqqında məlumat verilib. Müvafiq tədris proqramları üzrə bilik və bacarıqların verilməsi məqsədilə hazırlanan modul dərsliklər texniki peşə təhsili alanlar üçün Azərbaycan dilində yazılmış ilk dərs vəsaitidir.

Tehsil-press.az


Oxşar xəbərlər