Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib

Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı dekabrın 22-nə olan cədvələ uyğun yayımlanıb.
Proqramda sahibkarlıq, bərbər, avtomatika üzrə usta, avtomobil diaqnostikası və təmiri, mehmanxana inzibatçısı, avtomatika üzrə usta, avtomobillərin təmiri çilingəri, avtomobil sürücüsü ixtisasları üzrə dərslər təqdim olunub.
Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi “YouTube” (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, “Facebook” (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər