BDU: Sənaye kimyası elmi-tədqiqat laboratoriyasında tətbiqi xarakterli nəticələr alınıb

BDU: Sənaye kimyası elmi-tədqiqat laboratoriyasında tətbiqi xarakterli nəticələr alınıb Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları professor Ülviyyə Həsənova, Mircavid Ağayev, Ələkbər Hüseynzadə, Hacı Vahid Axundzadə və Aygün İsrayılovanın İtaliyanın Pavia Universitetinin, Fransanın Lotaringiya Universitetinin və Tunisin Karfagen Universitetinin əməkdaşları ilə birgə yerinə yetirdikləri elmi tədqiqat işinin nəticələrini əks etdirən məqalə impakt faktorlu “RSC Advances” (IF-3.119) jurnalında dərc edilib.
Məqalədə mis triflatın iştirakı ilə yeni bioloji aktiv törəmələrin sintezi və tədqiqi haqqında məlumat verilib. Sintez edilmiş birləşmələrin aktivliyi “Acinetobacter baumanii”, “Escherichia coli”, “Pseudomonas aeruginosa”, “Klebsiella pneumoniae” və “Staphylococcus aureus” bakteriyalarına qarşı tədqiq olunub.

Tehsil-press.az



Oxşar xəbərlər