V–IX siniflər üçün dərslik komplektlərinin təkmilləşdirilməsinə başlanılıb

V–IX siniflər üçün dərslik komplektlərinin təkmilləşdirilməsinə başlanılıb Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutunun Sinqapurun təhsil şirkəti və nəşriyyat evi ilə uzunmüddətli əməkdaşlığı davam edir.
Sinqapurun təhsil şirkəti ilə həyata keçirilən əməkdaşlıq çərçivəsində riyaziyyat fənni üzrə təhsil proqramının və dərsliklərin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Sinqapurun Marşel Kavendiş İnstitutu ilə birlikdə təhsil proqramının və V–IX siniflər üçün dərslik komplektlərinin təkmilləşdirilməsi prosesinə başlanılıb. Bu məqsədlə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən ölkənin müxtəlif bölgələrindən olan fənn müəllimləri və kurikulum mütəxəssislərinin iştirakı ilə 4 fokus qrup müzakirəsi keçirilib. Müzakirələrin mövzusu hazırda istifadə edilən təhsil proqramının və onun əsasında hazırlanmış dərslik komplektlərinin tədris prosesində tətbiqindən ibarət olub.
Sinqapurun Alston nəşriyyat evi ilə birgə həyata keçirilən layihənin ilkin mərhələsində təbiət elmləri üzrə dərsliklərin təkmilləşdirilməsi məqsədilə fəaliyyət göstərilir. Bunun üçün ibtidai təhsil səviyyəsində cari vəziyyət – kurikulum, təlim və tədris materialları təhlil olunub və müvafiq tövsiyələrə əsasən yenilənir. 2021-ci ilin fevral ayından etibarən V sinif Təbiət fənni üzrə dərslik konsepsiyası, dərslik, metodik vəsait və iş dəftərinin hazırlanması prosesi həyata keçirilir. Alston nəşriyyat evi tərəfindən təbiət fənni üzrə təhsil proqramının və dərslik komplektlərinin hazırlanması məqsədilə indiyədək 5 distant təlim keçirilib.

Tehsil-press.az


Oxşar xəbərlər