Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ötən ay 2 minədək müraciət daxil olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ötən ay 2 minədək müraciət daxil olub Fevral ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 1 936 müraciət daxil olub.
Telefon Məlumat Mərkəzində (telefon: (+99412) 599-12-22) 803 zəng qəbul edilib. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Ötən ay BŞTİ-yə 867 sənəd (vətəndaşlar tərəfindən 212 ərizə, Təhsil Nazirliyindən 137, digər qurumlardan 159, məktəblərdən 256 məktub, 48 strukturdaxili yazışma və 55 kadr ərizəsi) daxil olub. Həmçinin 266 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, informasiya təminatı və digər məsələləri əhatə edib.

Tehsil-press.az

Oxşar xəbərlər