
Bu müddət ərzində daxil olan 13 302 müraciətin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.
Telefon Məlumat Mərkəzində 2 786 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 5 639 vətəndaş müraciəti daxil olub. 418 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.
Vətəndaşların Qəbulu Mərkəzində 3 859 sənəd qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 600 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəhazırlıq qruplarına və I sinfə uşaqların qəbulu, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı, işə qəbul və digər müvafiq məsələləri əhatə edib.
BŞTİ-nin Mətbuat Xidməti