
Biologiya elmləri üzrə fəlsəfə doktorları Çingiz Məmmədov və Sara Əliyevanın rəhbərliyi ilə bir qrup magistrant Mingəçevir Elmi Təcrübə Stansiyasında istehsalat təcrübəsində iştirak edib. Magistrantlara stansiyanın göllərində yetişdirilən balıqların saxlanma şəraiti, balıq fərdləri üzərində elmi-praktik işlərin yerinə yetirilməsi prosesləri izah edilib.
Tələbələri maraqlandıran suallar cavablandırılıb və onlarla fikir mübadiləsi aparılıb.
Tehsil-press.az