"Brent" markalı neftin qiyməti 71 dolları ötüb

"Brent" markalı neftin may fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 06:25 (GMT+4) üçün 2,85 faiz bahalaşaraq 71,34 dollar/barel təşkil edib.
Son dəfə "Brent" markalı neftin qiyməti ötən ilin yanvarında 71 dollardan yüksək olub.
"WTI" markalı neftin may fyuçerslərinin qiyməti isə eyni vaxta görə 2,81 faiz artaraq 67,95 dollar/barel təşkil edib.

Tehsil-press.az


Oxşar xəbərlər