Rumıniyada fövqəladə vəziyyət aprelin 14-dək uzadılıb

Rumıniyada fövqəladə vəziyyət aprelin 14-dək uzadılıb Rumıniyanın fövqəladə hallarla əlaqədar milli komissiyası ölkədə fövqəladə vəziyyəti aprelin 14-dək uzadıb.
Qərara əsasən saat 22:00-dan 05:00 kimi hərəkət məhdudlaşdırılır. Dağlıq turizm məkanları bağlanılır. Təhsil sistemində məhdudiyyətlər saxlanılır.
Qeyd edək ki, Rumıniya Avropa İttifaqı ölkələri arasında əhalinin peyvəndləmə səviyyəsinə görə irəlidə olsa da, ölkədə koronavirus xəstəliyi geniş yayılmağa başlayıb və ümumi xəstələrin sayı 870 minə yaxınlaşır. Hər gün 5000-7000 min nəfər koronavirusa yoluxur.

Tehsil-press.az




Oxşar xəbərlər