
Maliyyə və mühasibat fakültəsinin THİK sədri Kərim Kərimov görüşün vətənpərvərlik mövzusuna həsr olunduğunu diqqətə çatdırıb.
Elxan Elatlı tələbələrlə görüşdən məmnunluğunu ifadə edərək, onlara yaradıcılığı haqqında məlumat verib, bədii ədəbiyyat, vətənpərvərlik, milli birlik kimi yüksək mənəvi-əxlaqi dəyərlərlə bağlı fikirlərini bölüşüb.
Görüşdə iştirak edən İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri Yusif Cəfərbəyli bədii əsərlərin həyatı əks etdirdiyini, bu və ya digər mövzuda yazılmış əsərlərin mahiyyət etibarilə cəmiyyət-vətəndaş münasibətinə yönəldildiyindən insanların xarakterinin formalaşmasında əhəmiyyətli rol oynadığını bildirib.
Tehsil-press.az