İştirakçıları xoş ovqatla salamlayan E.Elatlı tələbə gənclərlə görüşdən məmnunluq hissi duyduğunu bildirib. O, bədii ədəbiyyat, vətənpərvərlik, milli birlik kimi yüksək mənəvi-əxlaqi dəyərlərlə bağlı öz fikirlərini bölüşüb.
“Sevilən romanlar müəllifi Elxan Elatlı” kitabının həmmüəlliflərindən olan AYB-nin üzvü, ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının əməkdaşı Aynur Səfərli detektiv yazar E.Elatlının həyat və yaradıcılığı barədə məlumat verib. O, həmçinin yazıçının yeni nəşr olunmuş “Ölüm ağacının kölgəsində” kitabı haqqında danışıb.
İnteraktiv şəkildə keçən görüşdə yazıçı müəllifi olduğu bir sıra əsərləri haqqında məlumat verib, onların məzmunundan və müraciət etdiyi mövzulardan söz açıb.
ADU-nun Mətbuat Xidməti


