UNEC-də gənc tədqiqatçıların beynəlxalq elmi-praktik konfransı keçirilib

UNEC-də gənc tədqiqatçıların beynəlxalq elmi-praktik konfransı keçirilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rus İqtisad Məktəbinin İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə tələbə və gənc tədqiqatçıların beynəlxalq elmi-praktik konfransı keçirilib.
“Müasir dünya və regional çağırışlar kontekstində iqtisadi inkişaf problemləri” mövzusuna həsr olunan konfransda Belqorod Dövlət Milli Tədqiqat Universiteti, Kazan Federal Universiteti, Həştərxan Dövlət Universiteti, Ukraynanın Çerkas Milli Universiteti, Xarkov Milli Universiteti, Belarusun Poless Dövlət Universiteti və Moldovanın İqtisadi Araşdırmalar Milli İnstitutunun tələbə və doktorantları iştirak ediblər.
Konfransda gənc tədqiqatçılar rəqəmsal cəmiyyətdə iqtisadi təhlükəsizliyin təmin edilməsinin müasir problemləri, Azərbaycanda rəqəmsal iqtisadiyyatın insan kapitalının inkişafına təsiri, Qarabağda iqtisadi canlanmanın əsas istiqamətləri, pandemiya dövründə elektron ticarətin inkişafı, əmək bazarının mövcud problemləri və digər aktual mövzularda təqdimatlarla çıxış edib və sualları cavablandırıblar.

Tehsil-press.az



Oxşar xəbərlər