Rusiya “Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universitetinin nümayəndəsi:UNEC tələbələri qalibiyyətə iddialıdır

Rusiya “Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universitetinin nümayəndəsi:UNEC tələbələri qalibiyyətə iddialıdır Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Rusiya Federasiyasının nüfuzlu ali məktəbinin magistratura pilləsi üçün şanslarını sınayıblar.
Rusiyanın “Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universiteti UNEC-də olimpiada keçirib. Üç gün davam edən olimpiada “Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universitetinin magistraturasında təhsil almaq istəyən tələbə və məzunlar arasında eyni vaxtda 12 ölkənin 36 şəhərində keçirilib. Qalib və mükafatçılar “Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universitetinin magistraturasına imtahansız qəbul olunmaqla ödənişsiz və təqaüdlü təhsil almaq hüququ qazanacaqlar.
Yeddi min 399 nəfərin iştirak etdiyi olimpiadaya Azərbaycandan 79 tələbə qatılıb. Onlardan 65-i UNEC-in tələbəsidir. Olimpiada əsasən iqtisadiyyat, menecment, maliyyə, dünya iqtisadiyyatı, biznes-informatika, riyaziyyat, dövlət idarəetməsi, elektronika, psixologiya istiqamətlərini əhatə edib.
Olimpiadanın təşkil edilməsi üçün Bakıya gələn “Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universitetinin MDB və Baltikyanı ölkələrlə əməkdaşlıq şöbəsinin rəhbəri Kiril Kisel hər il keçirilən bilik yarışında UNEC tələbələrinin fəal iştirak etdiyini bildirib. UNEC tələbələrin qalibiyyətə çox iddialı olduqlarını qeyd edən K.Kisel onların bu əzmini yüksək qiymətləndirib.
Qeyd edək ki, “Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universiteti olimpiadanın nəticələrini iyun ayında açıqlayacaq.

Hikmət Əliyev

Oxşar xəbərlər