AzMİU-nun rektoru İtaliyada səfərdə olub

AzMİU-nun rektoru İtaliyada səfərdə olub Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova İtaliyada işgüzar səfərdə olub. Milan Texniki Universitetinin dəvəti ilə baş tutan səfərə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru professor Nərgiz Abdullayeva və Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev də qatılıb. Səfər Milan Texniki Universitetinin nəzdində Dizayn məktəbinin maddi-texniki bazası, eləcə də təhsil proqramları ilə tanışlıq məqsədi daşıyıb. Eyni zamanda səfər çərçivəsində Milan Texniki Universitetinin dəstəyi ilə AzMİU-nun nəzdində yaradılan İtaliya-Azərbaycan Dizayn Mərkəzinin fəaliyyət istiqamətləri də müzakirə olunub.
Səfərin ilk günü Milan Texniki Universitetinin rəsmiləri, dizayn məktəbinin və departamentinin rəhbərləri, professor-müəllim heyəti ilə görüşlər keçirilib, universitetin icraçı prorektoru, professor Donatella Sciutto AzMİU-nun nümayəndə heyətini Dizayn məktəbinin kampusu ilə tanış edib. Səfərin növbəti günlərində Milan Texniki Universitetinin professorları Silvia Piardi, Mauro Cecconello, Anne Schoonbrodt Dizayn mərkəzi və ikili diplom proqramları üzrə bakalavr hazırlığı haqqında təqdimatlarla çıxış edib, bu istiqamətdə fikir mübadiləsi aparılıb.
Milan Texniki Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Maria Pereqo, Memarlıq fakültəsinin dekanı Laura Migistrali və fakültənin professoru, universitetimizin qonağı olmuş Nona Lombardini ilə keçən növbəti işgüzar görüşdə birgə layihələrin icrası, Avropa Birliyinin Erasmus layihələrində tərəfdaşlıq məsələləri ətrafında danışıqlar aparılıb. Səfərin sonunda universitetlər arasında əməkdaşlığın prespektivləri yenidən nəzərdən keçirilib, AzMİU-da İtaliya Dizayn Mərkəzinin yaradılması ilə yanaşı, birgə təhsilin qurulması (ikili diplom proqramı) ilə bağlı atılacaq növbəti addımlar müzakirə olunub.
Nümayəndə heyətimiz rəsmi görüşlərdən əlavə, Milan Texniki Universitetində təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb, onların təhsili, yaşayışı, üzləşdikləri çətinliklərlə bağlı ətraflı və səmimi söhbət ediblər.

AzMİU-nun Mətbuat Xidməti


AzMİU-nun rektoru İtaliyada səfərdə olubAzMİU-nun rektoru İtaliyada səfərdə olubAzMİU-nun rektoru İtaliyada səfərdə olubAzMİU-nun rektoru İtaliyada səfərdə olub

Oxşar xəbərlər