Bu ölkədə icmalararası toqquşmalarda 100-dən çox insan ölüb

Bu ölkədə icmalararası toqquşmalarda 100-dən çox insan ölüb Efiopiyanın şimal-şərqində Afar və Somali ştatlarının sərhədində artıq beş gündür davam edən icmalararası toqquşmalarda 100-dən çox insan həlak olub.
Afar ştatının polis rəisinin müavini Əhməd Xumedin sözlərinə görə, toqquşmalar ötən cümə günü başlayıb və bu günədək davam edir.
Somalinin “Garowe” portalı yazır ki, toqquşmalar Sitti (Şinile) ərazisində baş verir. Orada yaşayan icmalar son iki onillik ərzində torpaq, otlaq və su resurslarından istifadə hüquqları üstündə mübahisə edir.
Qeyd edək ki, Efiopiya Demokratik Respublikası doqquz ştatdan və ya etnik əsasda yaradılmış bölgələrdən və iki meqapolisdən (Əddis-Əbəbə və Dıre-Daua) ibarətdir. Ölkə əhalisinin sayı 104 milyon nəfərə çatır.

Tehsil-press.az

Oxşar xəbərlər