Azərbaycan aliminin kitabı dünyanın 10 dilinə tərcümə olunub

Azərbaycan aliminin kitabı dünyanın 10 dilinə tərcümə olunub Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ümumi pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Müslüm Nəzərovun Almaniyada ingilis dilində nəşr olunan “Sociocultural Fundamentals of Education” (“Təhsilin sosiomədəni əsasları”) kitabı artıq Latın Amerikası, Rusiya və Avropanın 10 ölkəsində oxuculara təqdim olunub.
Kitabın ilk nəşri 2020-ci ildə “LAP LAMBERT Academic Publishing” nəşriyyatı tərəfindən həyata keçirilib.
Kitabda müasir təhsil sisteminin qlobal xarakterindən, şəxsiyyətyönlü təhsildən, təhsilin cəmiyyət həyatının əlaqələndirici halqası və inkişaf xətti olmasından bəhs olunaraq çağdaş dövr təhsilinin sosiomədəni əsasları araşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər