
Təlimdə “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti İneş Kenjina “Web of Science” platformasına daxil olmaq üçün məqalələrə qoyulan tələblər, elmi məqalələrin təqdimetmə qaydaları, seçim meyarları, saxta jurnallarla bağlı problemlər barədə ətraflı məlumat verib.
İ.Kenjina, həmçinin Publons-da Researcher İD profili yaratmaq və elmi məhsuldarlıqla bağlı geniş təqdimatla çıxış edib.
Sonra suallar cavablandırılıb.
ADNSU-nun Mətbuat Xidməti