AMEA FİZİKA İNSTİTUTUNDA "CLARIVATE ANALYTICS" CƏMİYYƏTİNİN SEMİNARI KEÇİRİLİB

AMEA FİZİKA İNSTİTUTUNDA Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda “Clarivate analytics” cəmiyyətinin seminarı keçirilib. Məruzəçi cəmiyyətin təlim proqramları və elmmetriya üzrə mütəxəssisi İneş Kenjina olub. İlk olaraq mövzunun aktuallığından danışan məruzəçi bildirib ki, 2016-cı ilin oktyabr ayında AMEA ilə dünya elmi ictimaiyyəti arasında ən nüfuzlu elmi-analitik informasiya təminatçısı və mənbəyi kimi tanınan “Clarivate analytics” cəmiyyəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlıq nəticəsində hazırda AMEA-nın institut və təşkilatları “Clarivate analytics” platformasının bibliometrik şəbəkəsindən (“Web of Science”) istifadə imkanı əldə edib.
İ.Kenjina bildirib ki, seminarda məqsəd bu elmi bazadan istifadə qaydaları, bazaya daxil olan jurnallarda məqalələrin dərc edilməsi qaydaları və s. haqqında məlumat verməkdən ibarətdir.
Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri


Oxşar xəbərlər