Şuşada atasının səs yazısını eşidən Prezident kövrəldi... - Video
Xəbər verdiyimiz kimi, bu gün Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci - sonuncu günü keçirilib. Festivalda ulu öndər Heydər Əliyevin Qarabağla bağlı arzularının əks olunduğu video-çarx nümayiş olunub. Prezident İlham Əliyev ümummili liderin çıxışını dinləyərkən kövrəlib. Ölkə başçısı Heydər Əliyevin nitqini ayaqüstə alqışlayıb.