Ulu Öndərin misilsiz həyat fəaliyyətini əks etdirən video-filmin nümayişindən sonra Azərkitab - Kitab Təbliğatı Mərkəzinin layihə rəhbəri Sabir Həsənov çıxış edərək Heydər Əliyev irsinin gənc nəslə çatdırılmasında Mərkəzin rolundan söz açıb.
Daha sonra akademiya tələbələri “Heydər Əliyev və gənclər siyasəti”, “Azərbaycan və Heydər Əliyev” mövzularında çıxışlar edərək müasir Azərbaycan gəncinin böyük liderin gənclər siyasətinə sadiqliyini bir daha nümayiş etdiriblər.
Tədbir Leyla Əliyevanın Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyi “Elegiya”nın nümayişi ilə yekunlaşıb.
ADDA-nın Mətbuat Xidməti






