“Creative Spark” layihəsi çərçivəsində növbəti seminar

“Creative Spark” layihəsi çərçivəsində növbəti seminar Xəzər Universiteti İngiltərənin Middlesex Universiteti ilə birlikdə “Creative Spark” layihəsi çərçivəsində növbəti virtual seminar keçirib.
“Sahibkarlıqda qadınlar - çətinliklər və imkanlar” mövzusuna həsr edilmiş seminarın növbəti qonağı İngiltərənin Middlesex Universitetinin dosenti Noha Salib olub.
Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri Raziyə İsayeva keçirilən silsilə seminarların mövzusu və məqsədi haqqında məlumat verib.
Noha Salib təqdimatla çıxış edərək, uğurlu karyeradan və bu yolda qarşılaşdığı çətinliklərdən danışıb, təcrübəsini bölüşüb.
Sonda suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər