
Məqsəd bakalavr və magistr tələbələrinin təcrübələrinin təşkili, onların buraxılış işi və magistr dissertasiyalarının mövzularının bu sənaye sahəsindən götürülməsini təmin etməkdən ibarətdir.
Açılış mərasimində AzTU-nun rektoru Vilayət Vəliyev, “Şərq” İstehsalat Birliyinin baş direktoru İlqar Nəzərov və hər iki tərəfdən nümayəndələr iştirak ediblər.
Qeyd edək ki, Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının filialı 4 otaqdan ibarətdir. Tələbələr kafedranın filialında ixtisasa uyğun tədris edilən fənnin nəzəri hissəsini mənimsədikdən sonra müəssisədə təcrübə keçəcək.
Filialın gələcəkdə elmi-tədqiqat mərkəzi kimi də fəaliyyət göstərəcəyi nəzərdə tutulur.
Tehsil-press.az