AzTU Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalayıb

AzTU Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalayıb Azərbaycan Texniki Universitetinin (AzTU) elmi şurasının növbəti iclası keçirilib.
Şurada bir sıra məsələlər müzakirə olunub, qərarlar qəbul edilib. İstilik energetikası kafedrasının bazasında Hidravlika və istilik texnikası kafedrası yaradılıb. Fakültələrdə, “SABAH” qrupunda ən yaxşı bakalavr buraxılış işlərinin, magistr dissertasiyalarının, həmçinin elmi rəhbərlərin mükafatlandırılması qaydaları təsdiq edilib.
İclasda Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu ilə AzTU arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

AzTU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər