Dünyada koronavirusla bağlı son vəziyyət

Dünyada koronavirusla bağlı son vəziyyət Dünyada son bir gündə koronavirusa 461 mindən çox yoluxma qeydə alınıb.
Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 461 347 hal qeydə alınıb, COVID-19-dan 10 628 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 167 492 769, ölüm hallarının sayı 3 482 907 təşkil edir.
Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 32 820 112 nəfər virusa yoluxub. Siyahıda daha sonra Hindistan (27 157 795) və Braziliya (16 120 756) gəlir.

Tehsil-press.az



Oxşar xəbərlər